Политики и выборы, Голосуйте свободно, Участвуйте в демократии, Голосуйте за перемены, Онлайн референдум
left right

Биография Heydər Əliyev

> Azerbaijan > Политики > Yeni Azərbaycan Partiyası > Heydar Aliyev
Heydər Əliyev Heydər Əliyev
Heydər Əliyev
Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti. | Was an Azerbaijani statesman and politician. Died in 2003.
email

ОПИСАНИЕ КАНДИДАТА: 

Heydər Əliyev Биография

AZE:

 

Əliyev Heydər Əlirza oğlu (d. 10 may 1923-cü il, Naxçıvan, Azərbaycan SSR, SSRİ - ö. 12 dekabr 2003-cü il, Klivlend, Ohayo, ABŞ) — Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti. «Ulu öndər» və «Azərbaycan xalqının ümummilli lideri» titulların rəsmi daşıyıcısı.

 

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək sovet dövrü ierarxiyasına uyğun olaraq respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.

 

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.

 

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

 

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991 – 1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

 

1993-cü ilin iyununda ölkədə siyası böhranının son dərəcə kəskinləşməsi ilə əlaqədar o zamankı respublika rəhbərləyi Heydər Əliyevi Bakıya, siyasi rəhbərliyə dəvət etmişdir. Heydər Əliyev 1993-cü il 15 iyunda Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Azərbaycan Respublikası Milli Məclisnin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlamışdır.

 

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il 15 oktyabrda keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.

 

mənbə

 

 

ENG: 

 

Heydar Alirza oglu Aliyev or Geydar Aliev (Azerbaijani: Heydər Əlirza oğlu Əliyev, Russian: Гейда́р Али́евич Али́ев, Geydar Aliyevich Aliyev; 10 May 1923 – 12 December 2003), also spelled Haydar Aliev or Geidar Aliev was the third President of Azerbaijan for the New Azerbaijan Party from October 1993 to October 2003, when his son Ilham Aliyev succeeded him. From 1969 to 1982, Aliyev was also the leader of Soviet Azerbaijan, effectively dominating the political life of Azerbaijan for many years. In 1948, he married Zarifa Aliyeva. On October 12, 1955, their daughter Sevil was born. On December 24, 1961, their son Ilham was born. Zarifa died of cancer in 1985.

 

source

updated: 2013-09-06

icon Heydar Aliyev
icon Heydar Aliyev

ElectionsMeter не несёт ответственности за содержание аргументов. Обращайтесь пожалуйста к изображаемому пользователю или автору аргумента. Каждый аргумент и каждый текст опубликованный на ElectionsMeter должен включать оригинальное имя автора со ссылкой на первоисточник. Пользователи обязаны иметь ввиду уведомления о нарушении авторских прав. Пожалуйста, прочитайте внимательно правила пользования сайтом. Если этот текст содержит ошибку или неточную информацию, и Вы хотите исправить этот профиль, или даже заведовать им, свяжитесь с нами пожалуйста. свяжитесьс нами пожалуйста..

 
load menu