Политики и выборы, Голосуйте свободно, Участвуйте в демократии, Голосуйте за перемены, Онлайн референдум
left right

Биография Lalə Şövkət

> Azerbaijan > Политики > Azərbaycan Liberal Partiyası > Lala Shevket
Lalə Şövkət Lalə Şövkət
Lalə Şövkət
Azərbaycanın ictimai-siyasi xadimi. ALP və Milli Birlik Hərəkatının lideri. | An Azerbaijani politician. The founder and leader of the ALP.
email

ОПИСАНИЕ КАНДИДАТА: 

Lalə Şövkət Биография

AZE: 

 

Lalə Şövkət (d. 7 noyabr 1951, Bakı, Azərbaycan SSR) — Azərbaycanın Dövlət Katibi ( 7 iyul1993 - 29 yanvar 1994), Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, Azadlıq Siyasi Blokunun həmtəsisçisi.

 

Siyasi fəaliyyəti

1980-ci illərin sonunda Qarabağ probleminin kəskinləşməsi Lalə Şövkətin ictimai-siyasi fəaliyyətini gücləndirmiş və o, Sovet İttifaqının demokratik hərəkatının aparıcı liderləri ilə sıx əməkdaşlığa başlamışdır.

 

1990-ci il "Qanlı yanvar" hadisəsi onun siyasi fəaliyyətinə güclü təkan vermiş və həyatında dönüş nöqtəsi olmuşdur. Bununla bağlı yanvarın 20-də və 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində sovet ordusunun Bakı şəhərində mülkü əhaliyə qarşı tətbiq etdiyi hərbi təcavüz barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ilk mətbuat konfransının təşkilinə və keçirilməsinə rəhbərlik etmişdir.

 

1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən H. Əliyev tərəfindən Bakıya dəvət olunmuş və iyulun 7-də Azərbaycan Respublikasının Dövlət katibi vəzifəsinə təyin edilmişdir. 1994-cü ilin yanvarında ali hakimiyyət orqanlarında tüğyan edən korrupsiyaya və rüşvətxorluğa etiraz edərək təkidlə istefa vermiş və ilk olaraq Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yaratmışdır.

 

1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Liberal partiyanın sədri seçilmişdir. "Qarabağ torpağından bir qarış qalsa da konfrans orada keçirilməlidir" deyən Lalə Şövkət Qarabağın azadlığı, ölkənin ərazi bütövlüyü və suverenliyinin ali məqsədi olduğunu bəyan etmişdir.

 

7 iyun 2003-cü ildə Lalə Şövkət Azərbaycan Liberal Partiyasının qurultayında partiya sədrliyindən istefa verdi və prezident seçkilərinə müstəqil namizəd, Milli Birlik Hərəkatın lideri kimi qatıldı. Bununla o, ölkənin siyasi tarixinə daha bir ləyaqət səhifəsi yazdı, daha bir yeni ənənənin təməlini qoydu.

 

2005-ci il parlament seçkilərinə Lalə Şövkət Milli Birlik Hərəkatı və Azərbaycan Liberal Partiyasının lideri olaraq, 70 namizəddən ibarət siyasi komanda ilə qatılmışdı. Öz dairəsində Lalə Şövkət inkaredilməz böyük qələbə qazanmışdır və onun mandatı rəsmən təsdiq edilmişdir. Lakin total saxtakarlığa etiraz əlaməti olaraq - "Mandat yox, millət naminə" mücadiləyə çıxan Lalə Şövkət bu parlament seçkilərini müasir tarixdə böyük ədalətsizlik və öz millətinin iradəsinə təcavüz kimi qiymətləndirdi. Bunu əsas tutaraq Lalə Şövkət rəsmən millət vəkili mandatından imtina etdi. 2005-ci ildə təsis edilən "Azadlıq" blokunun həmtəsisçilərindəndir. Blok ALP, AXCPVİP partialarından ibarət idi.

 

Total saxtakarlıq və qeyri-demokratik mühitdə keçirilən 2008-ci il prezident seçkilərini də Lalə Şövkət və başqa müxalifət liderləri boykot etmişdirlər. 2010-cu il parlament seçkilərində Liberal Partiya "İnsan naminə" Seçki Blokunun nəzdində iştirak etmişdir, amma yenə də müxalifət partiyalarının heç birinə mandat verilməmişdir. Bu gün professor Lalə Şövkət Liberal Partiyanın lideri və prezidentliyə namizədidir.

 

mənbə

 

 

ENG:

 

Professor Dr. Lala Shevket (Azerbaijani: Lalə Şövkət, sometimes transliterated as Lala Şövkat or Lala Shovkat; Лала Шевкет in Russian transliteration) (born 7 November 1951, Baku) is an Azerbaijani politician, the Leader of the National Unity Movement and Azerbaijan Liberal Party.

 

Political career

In 1991 alongside Eduard Shevardnadze, Alexander Yakovlev, Sobchak, Popov, Brazauscas and other famous democrats Lala Shevket was one of the founders of the Movement for Democratic Reforms in the USSR. In January 1994, Lala Shevket wrote a resignation letter as a protest against corruption in the government. This has become a precedent in Azerbaijan of voluntary resignation from such a high position because of one’s morality principles. In January 1993, Lala Shevket was made Extraordinary and Plenipotentiary Ambassador thus making her the first woman ambassador in the history of Azerbaijan. Despite further appointment of her as ambassador to the UN she, creating a precedent in the world practice, for 8 months refused to go to New York since she could not represent the policies that are not acceptable to her.

 

In 1995, Lala Shevket created the Liberal Party of Azerbaijan (ALP) and was elected as its leader on the Constituent Conference, which took place on 3 June 1995. Thus, she became the fonder of liberal ideology in modern Azerbaijan. The first book on theory of liberalism in Azeri language was published under her guidance. In 1998 Lala Shevket has been one of the five potential presidential candidates, who boycotted the Elections. On 7 June 2003 in the Liberal Party Congress Lala Shevket resigned from the party in order to start her presidential campaign as an independent candidate. Thus, she has laid another cornerstone into the political tradition of Azerbaijan.

 

On 17 February 2006 the "Azadliq" Political Bloc was created. The Bloc consisted of three major oppositional political parties – the Azerbaijan Liberal Party, the Popular Front Party and the Citizens and Development Party. During its existence the Bloc has proved itself in the vanguard of the opposition's struggle for democracy and human rights in Azerbaijan. In 2008 Lala Shevket together with other opposition leaders has boycotted the presidential election due to complete lack of freedom and openness in the country, lack of even the minimal requirements for the election to be free and fair.

 

Today Professor Lala Shevket is the leader of Azerbaijan Liberal Party and its candidate for presidency.

 

source

updated: 2013-09-06

icon Lala Shevket
icon Lala Shevket

ElectionsMeter не несёт ответственности за содержание аргументов. Обращайтесь пожалуйста к изображаемому пользователю или автору аргумента. Каждый аргумент и каждый текст опубликованный на ElectionsMeter должен включать оригинальное имя автора со ссылкой на первоисточник. Пользователи обязаны иметь ввиду уведомления о нарушении авторских прав. Пожалуйста, прочитайте внимательно правила пользования сайтом. Если этот текст содержит ошибку или неточную информацию, и Вы хотите исправить этот профиль, или даже заведовать им, свяжитесь с нами пожалуйста. свяжитесьс нами пожалуйста..

 
load menu